Zülfiyyə İspaniyaya mükafat dalınca gedib


Şou-biznes 24 Okt 2019 18:26:00 396 0

Zülfiyyə İspaniyaya mükafat dalınca gedib

Aktrisa Zülfiyyə Qurbanova İspaniyanın Valladolid şəhərinə yollanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə onun baş rolundan oynadığını "Mövsümün sonu" filminin "Valladolid Beynəlxalq Film Festivalı"nda iştirakıdır.

Bu barədə aktrisa sosial media hesabında məlumat verib. O, ekran işində Fidan obrazına həyat verib.

Qeyd edək ki, sənətçi "Baş rolun psixoloji cəhətdən dəqiq ifasına görə" nominasiyası üzrə Azərbaycan Kinematoqrafçıları İttifaqı tərəfindən mükafatlandırılmışdı