Azərbaycan bərpa olunan enerji mənbələrinin istifadəsini artıracaq


Digərləri 24 Okt 2019 17:12:00 296 0

Azərbaycan bərpa olunan enerji mənbələrinin istifadəsini artıracaq

2030-cu ilədək Azərbaycan bərpa olunan enerji mənbələrinin istifadəsini 30 faizədək artırmalıdır

Bakı. Anastasiya Savçenko - 2030-cu ilədək Azərbaycan bərpa olunan enerji mənbələrinin istifadəsini 30 faizədək artırmalıdır. Trend-in məlumatına görə, Beynəlxalq Enerji Xartiyası Forumunda Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Nizamlanması Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov deyib. O bildirib ki, bərpa olunan enerji istehsalı üçün uyğun ərazilər müəyyən olunmalıdır: “2020-ci ilədək Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə hərraclar keçiriləcək”.