Saturnun peykinin dərinliyində böyük okean var


Dünya 24 Okt 2019 16:36:00 346 0

Saturnun peykinin dərinliyində böyük okean var

Saturnun "Enselad peyki"nin yaşı həyatın yaranışı ilə ideal uyğundur. Səthi buzla örtülmüş Saturnun "Enselad peyki"nin dərinliyində böyük okean gizlənir.

Son.az Trend-ə istinadən xəbər verir ki, NASA-nın Qoddarda Kosmik Uçuşlar Mərkəzində, Mark Nevyenin (Mark Neveu) rəhbərliyi altında təqdqiqatçılar qrupunun məlumatına əsasən, bu okeanın yaşı təqribən bir millyard il təşkil edir və həmin müddət okeanda həyatın inkişafı üçün zəruri vaxta ideal uyğun gəlir.

Nevye və onun əməkdaşları tərtib etdikləri kompüter modelləşməsi vasitəsilə 13 il ərzində Saturn ətrafında orbitdə olan NASA-nın "Cassini" kosmik apparatının köməyi ilə toplanmış məlumat əsasında Enselad (şəkil 1) peykinin yaşını hesablayıblar.

"Cassini" aparatıının köməyi ilə edilmiş böyük kəşflərdən biri Enseladda hidrotermal mənbələrə malik okeanın kəşf olunmasıdır.

Enseladda tapılan okeanın yaşı orada həyatın mövcudluğu üçün böyük əhəmiyyətə malikdir. Mürəkkəb bioloji molekullar nisbətən sadə komponentlərdən kimyəvi reaksiyaların gedişində əmələ gəlir.

(adsgarden = window.adsgarden || []).push({});