Azərbaycan Mərkəzi Bankı tədavülə yeni yubiley pul nişanı buraxıb (FOTO)


Digərləri 24 Okt 2019 16:30:04 314 0

Azərbaycan Mərkəzi Bankı tədavülə yeni yubiley pul nişanı buraxıb (FOTO)

2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olur.

Bakı. 2019-cu ildə müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradılan və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsinin 100-cü ildönümü tamam olur. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqlamasında bildirilir. Məlumatda qeyd edilir ki, bu yubiley tarixinin əbədiləşdirilməsi məqsədilə AMB nominal dəyəri 5 AZN təşkil edən gümüş yubiley pul nişanını tədavülə buraxıb. Yubiley pul nişanının çəkisi 1 troy unsiyası – 31.1 qr. (+ 0.1 qr.), diametri isə 38.61 mm. təşkil edir. Pul nişanı Böyük Britaniyanın “The Royal Mint” şirkətində beynəlxalq standartlara uyğun “Pruf” texnologiyası əsasında istehsal edilmişdir.