Qadın bezi firması Türkiyənin qərarını belə ələ saldı FOTO


Digərləri 24 Okt 2019 14:56:00 368 0

Qadın bezi firması Türkiyənin qərarını belə ələ saldı  FOTO

Türkiyədə qadın bezlərinin üzəri qəzetə bükülmüş formada satılması təklif olunub.

Son.az Türkiyə mətbuatına istinadla bildirir ki, bu təklif onlarla alıcı daxil, bez istehsal edən firmaları da narahat edib. "Orkid" firması bu məsələyə özünəməxsus şəkildə reaksiya verib.

Belə ki, şirkətin reklamı zamanı istifadə olunan qəzetdə qadına qarşı şiddət xəbərləri qabardılıb. Firma bu tipli xəbərlərin iri hərflərlə yazıldığı hissələri yaxın fondan göstərməklə əsas məsələnin kənarda qalmasına işarə edib.

Şirkətin reklamı Tvitter istifadəçiləri arasında geniş müzakirəyə səbəb olub. İstifadəçilərin əksəriyyəti "Orkid"i bu addımına görə dəstəkləyiblər.

(adsgarden = window.adsgarden || []).push({});