Türkiyədən İtaliyaya aviareyslər təxirə salındı


Dünya 24 Okt 2019 14:43:00 293 0

Türkiyədən İtaliyaya aviareyslər təxirə salındı

"Türk Hava Yolları" şirkəti İtaliyaya bir sıra reysləri ləğv edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, reyslərin ləğv olunmasına səbəb İtaliyanın ENAV aviadispetçer işçilərinin tətil etməsi olub.

Nəticədə oktyabrın 25-nə təyin olunmuş üç reys baş tutmayacaq. Tətil Milan və Venesiya reyslərinə təsir göstərib.

Reyslərin başqa tarixə keçirilməsi barədə məlumat verilməyib.