Nazirlər Kabinetinin iki şöbə müdiri işdən azad edilib (YENİLƏNİB)


Digərləri 24 Okt 2019 14:29:00 270 0

Nazirlər Kabinetinin iki şöbə müdiri işdən azad edilib (YENİLƏNİB)

Nazirlər Kabinetinin iki şöbə müdiri işdən azad edilib

Bakı. Elçin Mehdiyev - Nazirlər Kabinetinin iki şöbə müdiri işdən azad edilib. Bu barədə Trend Nazirlər Kabinetinin saytına istinadən xəbər verir. Məlumata görə, Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov və Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev tutduğu vəzifədən azad ediliblər. Hələlik onların yerinə heç bir təyinat olmayıb. Qeyd edək ki, Nazirlər Kabinetində Aparat rəhbəri, Baş Nazirin köməkçisi, hüquq, humanitar və sosial məsələlər, kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbələrinin müdiri, işlər müdiri vəzifələri vakant olaraq qalır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin