“Kimin milyonları var, onlardan danışırlar”


Şou-biznes 24 Okt 2019 13:44:00 322 0

“Kimin milyonları var, onlardan danışırlar”

Özümlə bağlı bütün arzularıma çatmışam. Bundan sonrakı arzularım qızımla bağlıdır.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva İTV-də yayımlanan "Fatehin divanı" verilişində deyib.

O, qızı Dənizlə bağlı istəklərindən danışıb:

"Tənbəllik edib, öyrənmədiyim şeyləri istəyirəm ki, qızım öyrənsin. İngilis dilində mükəmməl danışır, ispan və digər dilləri isə özü öyrənir. Ona zövqü aşılayıram. Hansı dili bilirsə bilsin, düşüncələri nə olursa olsun, Dənizdən tələbim və xahişim azərbaycanlı qızı olmağıdır".

Sənətçi "Məşhurluq sizi narahat edir" sualına isə belə cavab verib:

"Kim desə ki, ulduz olmaq məni narahat edir, deməli, yalan danışır. Fikirləşin, səhnədə olmayan bir insana xoş söz deyəndə necə ürəyincə olur. Bizə nə qədər xoş sözlər deyilir. Bu dəqiqə yaşımın, statusumun elə bir zamanındayam ki, neqativ sözlərə fikir vermirəm. Sevilmək kimi bezdirə bilər? Elə zamanlar olur ki, harasa tələsirəm, biri tutur ki, selfi çəkdirək, "yox, mən burada pis düşdüm, bir daha çəkdirək" deyə, israr edir. Məni küçədə tanımaq asan deyil. Cəmiyyət içərisində olmağı sevirəm. Zənbilimi alıram, sürüyə-sürüyə bazarlığa özüm gedirəm. Sevirəm gedə-gedə seçim, özüm torbaya qoyum. Bir dəfə marketdə idim, kimsə mənə toxundu, qayıtdım ki, üzr istəyirəm. Baxıram ki, Murad Dadaşov. O, mənə, mən də ona deyirəm ki,  sən burada neynirsən?".