“Homoseksuallar güllələnməlidir" deyən Xalq artisti:


Şou-biznes 24 Okt 2019 12:22:00 306 0

“Homoseksuallar güllələnməlidir" deyən Xalq artisti:

Bizi ora dartırlar, bura dartırlar. Nakolkalı adamlar, yaxası cırıq uşaqlar... Cırıq paltar geyinmək, Allahın verdiyi bədəni eybəcər nakolkalarla doldurmaq mədəniyyətdirsə, gedək hamımız məşğul olaq. Məsələ orasındadır ki, bu, ancaq zahiri mahiyyətdir bizim o cavanlarda. Və bunlardan bu gün Füzulini, Nizamini, Sabiri, Mirzə Cəlili bəyənməyənlər var. 

Son.az xəbər verir ki, bu sözləri Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) "Hər şey daxil"də gənclərin geyim tərzləri, xarici görünüşlərindəki dəyişikliklərlə bağlı danışarkən deyib.

Şeyx Əbdül gənclərin cırıq şalvar, tatu "sevdasına" bir halda güzəştə getməyin mümkün olduğunu qeyd edib:

"Bir millətin iki dəyəri var, sözü ilə sənəti. Bunlar əlindən alınandan sonra millətdən nə qaldı ki? Olur "qara camaat", kütlə. Bu dəyərləri bilək, özümüzü tanıyaq, milli kimliyimizi, soy-kükümüzü bilək, sonra nə geyinirsən geyin də!"