Facebook evlərin tikintisi üçün 1 milyard dollar vəsait ayırıb


Digərləri 24 Okt 2019 08:35:00 279 0

Facebook evlərin tikintisi üçün 1 milyard dollar vəsait ayırıb

"Facebook" Kaliforniya ştatında mənzil əlyetərliyi problemini həll etmək üçün 1 milyard dollar vəsait ayırıb. Şirkətdən bildiriblər ki, ştatın rəhbərliyi bu böhranın öhdəsindən təkbaşına gələ bilmir. Digər nəhəng IT şirkətlər kimi "Facebook"un da baş ofisi Kaliforniyada yerləşir. Yüksək maaşlı mütəxəssislər ştata köçür və buna görə də mənzil qiymətləri artır. Nəticədə aşağı gəlirli ailələr bir sıra çətinliklər yaşayır.

Son.az chip.az-a istinadən bildirir ki, "Facebook"un investisiyaları 20 min evin inşaatına istiqamətlənib. Bu evlər "həyati əhəmiyyət kəsb edən işçilər"- müəllimlər, tibb bacıları və təcili yardım işçiləri üçün nəzərdə tutulub.

Başqa şirkətlərin də "Facebook"a qoşulması zəruridir. Ancaq dövlət və özəl sektorun əməkdaşlığı və xeyriyyəçilik tədbirləri vasitəsilə qiymət böhranı vəziyyətindən çıxmaq olar.  

Əlyetər mənzil problemi sadəcə aztəminatlı ailələrə deyil, orta sinfə də toxunur. Şirkətdən açıqlayıblar ki, San-Fransiskoda illik gəliri 100 min dollardan yuxarı olan dörd nəfərlik ailə aztəminatlı sayılır.

Gələcək 10 il ərzində də "Facebook" Kaliforniya ştatında mənzil tikintisinə 1 milyard dollar vəsait ayırmağı planlaşdırır:

250 milyon dollar müxtəlif gəlir səviyyəsinə aid insanlar üçün yaşayış komplekslərinin tikintisinə sərf olunacaq. Qeyd edilən yaşayış kompleksləri dövlətə məxsus boş torpaq sahələrində inşa ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});