Zibil qutusundakı küçə iti barmağını dişlədi, barmağı kəsildi VİDEO


Digərləri 23 Okt 2019 23:15:00 507 0

Zibil qutusundakı küçə iti barmağını dişlədi, barmağı kəsildi  VİDEO

Diabet xəstəsi olan kişi gecə zibil atarkən qizil qutusunda gizlənib eşələnən küçə iti qəflətən çıxaraq, onun barmağının ucunu qoparıb.

Son.az medicina.az-a istinadən bildirir ki, hadisə Rusiyada baş verən həmyerlimizin başına gəlib. 

Orda müalicə etsələr də, əli düzəlməyib, vəziyyəti pisləşdiyindən qohumları Bakıya İnnovativ Damar Mərkəzinə gətiriblər. 

Təəssüf ki, xəstə gecikdirildiyindən qanqrena sümük hissəyə də çürümə vermişdi.  Ona görə barmaq maksimum qorunmaq məqsədilə dibdən yox, sonuncu falanqaya kimi kəsildi. 

Əməliyyatdan 2 həftə keçdikdən sonra yara tam sağalıb. 

Həkimi İsmayıl Əsgərovun sözlərinə görə, təcrübələrində 4-5 belə xəstə olub ki, buna bənzər küçə heyvanları tərəfindən dişlənilib.

"Zibil qutularında it, pişik, siçovullar ola biləcəyəni nəzərə alın. Onlar insanı dişləyərsə, nəinki qanqrena, quduzluq belə ola bilər. Ona görə zibili qutuya atarkən əlinizi qutunun içinə salmayın".