Hər gün darçın qəbul etməyə 5 səbəb Diabet və xərçəngin düşməni


Digərləri 23 Okt 2019 22:04:00 424 0

Hər gün darçın qəbul etməyə 5 səbəb  Diabet və xərçəngin düşməni

Darçın populyar ədviyyatdır, Cinnamonum fəsiləsinə aiddir. Hazırda Çində istehsal olunan başqa növ darçın çubuqları daha çox satılır, amma əsl Cinnamomum darçınında kumarin vardır ki, o qaraciyər üçün əvəzsizdir.

Darçının kimyəvi tərkibi sinnamaldeqid, sinnamat və darçın turşusundan ibarətdir. 

Son.az medicina.az-a istinadən hər gün istər bişmişlərdə, istər çayda darçın istifadə etməyin faydalarını təqdim edir:

Artıq elmi sübut olunub ki, darçın antikanserogen, antioksidant, iltihab əleyhinə, antimikrob təsir edir. Alsgeymer, Parkinson kimi nevroloji xəstəliklərə qarşıdır. 

1.Sərbəst radikalları zərərsizləşdirir

Orqanizmi sıradan çıxaran səbəblərdən biri də sərbəst radikalların artmasıdır. Onları vaxtında zərərsizləşdirmək üçün antioksidant tərkibli qidalar qəbul olunmalıdır. Darçın da flavonoidlərlə zəngin olduğu üçün toxumaları, hüceyrələri sərbəst radikallardan təmizləyir

2.İltihabi xəstəlikləri azaldır

Bir çox elmi təcrübələr göstərib ki, darçın kökü iltihabın patogenezində əsas rol oynayan oksid azotu inqibə edir. Bizdə bir çox orqanlarda iltihab gedir, hətta oynaqlarımız da iltihabdan sıradan çıxır. Ona görə darçın tərkibli mazlar, yaxmalar, eləcə də darçın çayı, ekstraktı, yağı iltihab əleyhinə istifadə edilə bilər.

3.Xərçəng əleyhinə aktivdir

Prosianidlər 2-ci endotelial faktorun qarşısını alır. Damarların endotelinin inkişaf faktoru onkologiyada qan damarlarının formalaşmasında əsas faktordur. Ona görə də darçın xərçənglə bağlı olan damarların yaranmasının qarşısını alır

(adsgarden = window.adsgarden || []).push({});