Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artırılıb


Digərləri 23 Okt 2019 20:59:04 236 0

Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artırılıb

Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artrılıb.

Bakı. İlhamə İsabalayeva - Son 5 ildə dövlət büdcəsinin sosialyönlü xərcləri 1.7 dəfə artrılıb. Trend-in məlumatına görə, 2020-ci il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin iqtisadi təsnifatına uyğun olaraq əməyin ödənişi, pensiya və müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının, ərzaq məhsullarının alınması xərclərinin cəmi) 10373,7 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2019-cu illə müqayisədə 2605,8 milyon manat və ya 33,5 faiz çoxdur. Gələn il dövlət büdcəsi xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 38,5 faiz təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 7,7 faiz-bənd çoxdur.