Şəmkirdə itkin düşən 25 yaşlı qadın Bakıda tapıldı


Digərləri 23 Okt 2019 17:24:00 296 0

Şəmkirdə itkin düşən 25 yaşlı qadın Bakıda tapıldı

Şəmkirdə itkin düşən iki uşaq anası tapılıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Bakının "Şamaxinka" adlanan ərazisində gənc qadın Rüstəmova Şövqiyə Əjdər qızına yaxınlaşaraq ondan kömək istəyib.

Məlum olub ki, kömək istəyən qadın - Şəmkir rayonu Sabirkənd kənd sakini, 1994-cü il təvəllüdlü Tanrıverdiyeva Gülnar Qafqaz qızıdır.

Ş.Rüstəmova qadınla bağlı polisə müraciət edib. 

G.Tanrıverdiyevanın qardaşı Alırzayev Ceyhun Qafqaz oğlu Oxu.Az-a bildirib ki, hazırda bacısını aparmaq üçün Bakıya gəlir.