Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq


Digərləri 23 Okt 2019 17:44:00 296 0

Orta aylıq əməkhaqqı 850 manata çatdırılacaq

Azərbaycanda orta aylıq əməkhaqqı 2023-cü ildə 850 manata çatdırılacağı gözlənilir.

Son.az APA-ya istinadən xəbər verir ki, ölkə hökumətinin proqnozlarına əsasən, 2019-cu ildə Azərbaycanda orta aylıq əməkhaqqı 620,4 manat, 2020-ci ildə - 716,7 manat, 2021-ci ildə - 768,6 manat, 2022-ci ildə - 809,2 manat, 2023-cü ildə isə 849,9 manat təşkil edəcək.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda orta aylıq əməkhaqqı 544,6 manat olub.