Yük avtomobilinin içərisindən 39 cəsəd tapıldı


Dünya 23 Okt 2019 14:48:00 324 0

Yük avtomobilinin içərisindən 39 cəsəd tapıldı

Bolqarıstandan gələn yük avtomobilinin yük yerində xeyli sayda cəsəd tapılıb.

Son.az bildirir ki, son dəqiqə xəbərinə görə İngiltərənin Esseks qraflığında saxlanılan yük avtomobilinin yük yerindən 39 insan cəsədi tapılıb.

Onların hansı şəraitdə ölməsi hələlik məlum deyil.

Yük avtomobilinin sürücüsü polis tərəfindən saxlanılıb.