Rusiyada 5 nəfər dəm qazından öldü


Dünya 23 Okt 2019 14:16:00 314 0

Rusiyada 5 nəfər dəm qazından öldü

Rusiyanın Çelyabinsk vilayətində beş nəfər dəm qazından ölüb.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə fərdi evlərdən birində qeydə alınıb.

Ölənlərdən biri uşaqdır.

Məlumatda bildirilir ki, beş nəfərdən ibarət ailənin yaşadığı evə iki nəfər də qonaq gəlib.

Baş vermiş hadisə nəticəsində ailənin dörd üzvü, o cümlədən bir uşaq və qonaqlardan biri dəm qazından boğularaq ölüb. Digər iki nəfərin vəziyyəti qənaətbəxşdir.