2 yük maşını toqquşdu,


Digərləri 23 Okt 2019 11:55:00 299 0

2 yük maşını toqquşdu,

Kürdəmir rayonunda yol qəzası baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun 140-cı kilomtrliyində, Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" markalı yük maşını Qazax istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan "Kamaz" markalı yük maşınına dəyib. Zərbənin təsirindən "Kamaz" yoldan çıxaraq aşıb və yük yerində olan mişar daşları ətrafa dağılaraq yolu bağlayıb.

Hadisə nəticəsində hər iki yük maşınının sürücüsü, 1977-ci il təvəllüdlü Sadıqov Elnur Fizuli oğlu və 1981-ci il təvəllüdlü Əliyev Təhmasib Məhəmmədəli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.