Bakıda yıxılan şəxsi FHN xilas etdi


Digərləri 23 Okt 2019 11:19:00 219 0

Bakıda yıxılan şəxsi FHN xilas etdi

Xətai rayonunda 1 nəfər yaşayış binasının giriş hissəsindəki beton plitənin üzərinə yıxılaraq orada köməksiz vəziyyətdə qalıb

Bakı. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin yaşayış binasının giriş hissəsindəki beton plitənin üzərinə yıxılaraq orada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı aşağı düşürüb və aidiyyəti üzrə təhvil veriblər. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin