“Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO)


Digərləri 23 Okt 2019 10:43:00 375 0

“Qazax Sement Zavodu” MMC nəhəng beton layihəsini uğurla tamamlayıb (FOTO)

Respublikada həyata keçirilən genişmiqyaslı tikinti layihələrində “Qazax Sement Zavodu” MMC fəal iştirak edir, layihələri yüksək keyfiyyətli sement və betonla təmin edir.

Bakı. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ilə ölkəmiz inkişaf edərək, sürətlə böyüyən iqtisadi resurslarla zənginləşir. Prezident sənaye sektorunun inkişafına xüsusi diqqət ayırır, paytaxt və regionlarda müasir sənaye müəssisələri, iri nəqliyyat infrastruktur layihələri reallaşdırılır. Azərbaycan regionda böyük investisiya layihələrini həyata keçirən ölkələr sırasındadır. Respublikada həyata keçirilən genişmiqyaslı tikinti layihələrində “Qazax Sement Zavodu” MMC fəal iştirak edir, layihələri yüksək keyfiyyətli sement və betonla təmin edir. “Qazax Sement Zavodu” MMC sement istehsalı və satışı sahəsində nailiyyətlər qazandığı kimi, 2019-cu ilin əvvəllərindən başlayaraq beton istehsalı sahəsinə də innovativ texnologiyaların tətbiqinə başlayıb, Respublikada həyata keçirilən iri inşaat layihələrinin fəal iştirakçısına çevrilib. Beton sahəsinə gətirdiyi yeniliklərdən biri də Azərbaycanda ilk dəfə olaraq Mobil Beton Laboratoriyanın istifadəyə verilməsi və Beton Leqo Blokların istehsalına başlaması olub. Akkord Betonun 2019-cu ildə iştirak etdiyi nəhəng layihələrdən biri də “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə Türkiyənin "İlk İnşaat Taahhüt Sanayi və Ticaret Anonim" şirkəti tərəfindən inşa olunan Pirşağı Yol-Tunel Layihəsinin betonla təmin etməsi olub. Layihə dəmir yolu xəttinin altından yol-tunel xəttinin inşasını nəzərdə tutur. Layihə tələbi olaraq döşəmə betonu qısa müddətdə və fasiləsiz olaraq həyata keçirilməli idi. 18 oktyabr 2019-cu ildə başlanan betonlama işləri 21 oktyabr 2019-cu il tarixində uğurla tamamlanmışdır və Akkord Beton Azərbaycanda ilk dəfə olaraq 3 gün ərzində 8000 kubmetr tunel döşəmə betonunu fasiləsiz təmin edib. Betonun tikinti sahəsinə çatdırılması və vurulması işləri Akkord Betona məxsus xüsusi beton qarışdıran və beton vuran maşınlarla həyata keçirilib.