35 yaşlı kişi atdan yıxılıb öldü


Digərləri 23 Okt 2019 09:21:00 290 0

35 yaşlı kişi atdan yıxılıb öldü

Bərdə rayon sakini atdan yıxılıb ölüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Samux kəndi ərazisində baş verib.

Rayonun Cəyirli kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Əlizamin Çingiz oğlu Samux kəndində at sürərkən yıxılıb.

Ə.Nəbiyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.