Kelli Enn Şou vəzifəsindən azad olur


Dünya 23 Okt 2019 08:52:00 304 0

Kelli Enn Şou vəzifəsindən azad olur

ABŞ prezidenti Donald Trampın ticarət müşaviri cümə günü istefa verəcək.

Son.az Trend-ə istinadən bildirir ki, Kelli Enn Şou Trampın Çinlə ticarət anlaşması danışıqlarında məsləhətçilərindən biri idi və o, zirvə görüşlərindən əvvəl xarici liderlərlə də danışıqlar aparırdı.

Reuters-in Ağ Evdəki mənbələrinə görə, Kelli Enn Şou özəl sektora keçmək üzrədir, lakin gələcək vəzifəsi barədə ətraflı məlumat verilmir. Tramp administrasiyasının nümayəndələri boş qalan vəzifəni kimin tutacağını deməyiblər.