Avropanın ən yaxşı aeroportları müəyyənləşib


Digərləri 23 Okt 2019 02:30:00 294 0

Avropanın ən yaxşı aeroportları müəyyənləşib

Bələdçilərin ənənəvi illik sorğusunda Avropanın 15 ən yaxşı aeroportu müəyyənləşib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Tallinnin Lennart Meri adına beynəlxalq hava limanı cari il üçün bu siyahıda 6-cı yerdə qərarlaşıb. Tallinn aeroportu eyni sorğuda 2017-ci ildə 3-cü yeri tutmuşdu. Hazırda bu hava limanı ildə 3 milyonadək sərnişinə xidmət göstrərir.

İlk 3 yerdə isə müvafiq olaraq Helsinki (Finlandiya), Münxen (Almaniya) və Amsterdam (Niderland) var.

Sorğuda aeroportların komfortu, göstərilən xidmətlər, əyləncə, yemək seçimi, təhlükəsizlik və sənədləşdirmə qaydaları, sürətli yoxlamalar, təmizlik, naviqasiya və uzunmüddətli tranzitdə olan sərnişinlərin istirahəti kimi məqamlar əksini tapıb.

(adsgarden = window.adsgarden || []).push({});