Azərbaycan nefti ucuzlaşıb
Digərləri 22 Okt 2019 23:45:00 393 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 62,76 dollar/barel təşkil edib
Bakı.
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 62,76 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,23 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 61,05 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,09 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,25 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,87 dollar/barel azdır.
Mənbə: az.trend.az