Sabirabadda avtomobillə vurulan qadın xəstəxanada öldü


Digərləri 22 Okt 2019 21:18:06 285 0

Sabirabadda avtomobillə vurulan qadın xəstəxanada öldü

Faktla bağlı araşdırma aparılır.

Bakı. Oktyabrın 19-da saat 19 radələrində Sabirabad rayonunun Qalağayın kəndi ərazisində müəyyən edilməyən avtomobillə yolu keçən Sabirabad şəhər sakini Zenfira Abuşova vurulub. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən İ.Kuzmin saxlanılıb. Faktla bağlı araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin