İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlər! Müsahibələr başlayır


Digərləri 22 Okt 2019 20:29:00 296 0

İmtahanlarda zal nəzarətçisi olmaq istəyənlər!  Müsahibələr başlayır

Zal nəzarətçisi sertifikatı əldə etmək istəyən namizədlər oktyabrın 29-dan etibarən müsahibə mərhələsinə dəvət olunacaqlar.

Bu barədə Son.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Namizədlər müsahibə mərhələsində iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- Namizədin elektron anketi

- Şəxsiyyət vəsiqəsi

- Məhkumluğun olmaması barədə arayış

- Ali təhsil haqqında sənəd (diplom)

- İş yeri haqqında arayış (olduğu təqdirdə)

Müsahibələri DİM-in inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küç, 1M) və regional bölmə mərkəzlərində mərkəzin məsul əməkdaşları aparacaqlar.