Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı


Digərləri 22 Okt 2019 17:49:00 303 0

Ağdamda məhbus məhbusu telefon mağazasında ürəyindən bıçaqladı

Ağdamda telefon mağazasında bıçaqlanma hadisəsi baş verib.

Bakı. Samir Əli - Ağdamda telefon mağazasında bıçaqlanma hadisəsi baş verib. Trend-in məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində baş verib. Qəsəbə ərazisində "Azercell Telecom" MMC-nin mağazasında qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə həbs olunmuş və hazırda məhkumluğu ödənilməyən, 1988-ci il təvəllüdlü Abışov Alim Səfi oğlu Ağdam rayonunda yaşayan, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş və hazırda məhkumluğu ödənilməmiş, 1981-ci il təvəllüdlü Mustafayev Fariz Ayaz oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində A.Abışov F.Mustafayevi ürəyindən bıçaqlayıb. (adsgarden = window.adsgarden || []).push({}); Yaralı Ağdam rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin