"Qalmaqalların, brilyant alıb, kimisə tərifləməyin təməlini İlhamə Quliyeva qoyub"
Şou-biznes 22 Okt 2019 15:44:00 301 0
"Yuxularıma gəlir. Afaq Gəncəli şahiddir ki, İlhamə Quliyevanın adına küftə bişirib, ehsan paylamışam. Onun adına dəfələrlə qazan asıram. Hətta halva çalıb paylamışam. İlhamə Quliyevanın yeri görünür".
Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Hər şey daxil" verilişində deyib. Müğənni mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb. O bildirib ki, mərhumun adına tez-tez ehsan paylayır.
Seyidcahan daha sonra İ.Quliyevanın şou-biznesdə qalmaqalın təməlini qoyduğunu söyləyib:
"Qalmaqalların, kimdənsə hədiyyə brilyant alıb, onu tərifləməyin təməlini İlhamə Quliyeva qoyub. Onun mənfiliklərini danışmaq istəmirəm. Ölməzdən əvvəl mənim mahnımı almışdı. Amma higgəsi qoymadı oxuyub, başa çıxaraq".
Mənbə: milli.az