Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir


Digərləri 22 Okt 2019 15:00:00 238 0

Castin Rouz “Türk Hava Yolları”nın 2019-cu il “Açıq Qolf Turniri”ndə tarix yazmaq istəyir

2019-cu il “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə öz titulunu qorumaqla Castin Rouz son iyirimi ildə ardıcıl üç Avropa Turunu qazanan ilk idmançı olmağı hədəfləyir.

Bakı. 2019-cu il “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə öz titulunu qorumaqla Castin Rouz son iyirimi ildə ardıcıl üç Avropa Turunu qazanan ilk idmançı olmağı hədəfləyir. 39 yaşlı ingilis idmançının Antalyaya son iki səfəri möhtəşəm olub. 2017-2018-ci illərdə “Türk Hava Yolları Açıq Qolf Turnir”lərində ümumilikdə 35 xal toplayaraq, o, hər iki yarışı qələbə ilə başa vurub. 2013-cü ildən keçirilməyə başlanılan “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə tutduğu üçüncü yer onun Türkiyəyə etdiyi dörd səfəri ərzində qazandığı ən aşağı nəticədir. Ardıcıl səfərləri ilə Türkiyədə qolfun inkişafına verdiyi təkana, öz xeyriyyə məqsədli fəaliyyətinə görə Xarici İşlər Naziri Mövlüd Çavuşoğlu 2017-ci ildə Rouzu Türkiyənin Fəxri Xidmət Mükafatı ilə təltif edib. Yeddinci dəfə keçiriləcək turnir bu il öz köhnə məkanına, ilk üç yarışın keçirildiyi “Monqomeri Maks Royal” otelinə qayıdır. Builki “Türk Hava Yolları Açıq Qolf Turniri”ndə qələbə qazanacağı təqdirdə Rouz ardıcıl üç Avropa Turu yarışını qazanan ümumilikdə dördüncü, 2000-ci ildə bu uğura imza atmış Kolin Mongomeridən sonra isə ilk idmançı olacaq. Dünyanın ən yaxşı yeddinci qolf ustası olan Rouz deyib: “Üç dəfəni bir kənara qoyaq, mən heç vaxt eyni turnirdə iki dəfə ardıcıl qalib gəlməmişəm, ona görə də bu inanılmaz olacaq. Amma bu qolfdur, burada siz heç nədən tam əmin ola bilməzsiniz”.