Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib


Digərləri 22 Okt 2019 14:54:00 251 0

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib

Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Son.az-a verilən məlumata görə, yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:

- Sarı kəsişmə toru təşkil edilib; - Nəqliyyat vasitələrinin hərəkət troektoriyasını əks etdirən yol nişanlamaları çəkilib; - Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.

Həyata keçirilmiş dəyişikliklər kəsişmədə piyadaların rahatlığını, yol hərəkəti iştirakçılarının təhlükəsizliyini, nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcək.