Bakıda əcnəbi vətəndaş küçədə öldü


Digərləri 22 Okt 2019 14:49:00 269 0

Bakıda əcnəbi vətəndaş küçədə öldü

Bakıda yaşlı kişi küçədə dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Dərnəgül qəsəbəsində baş verib.

Bakının Səbail rayon sakini, 1945-ci il təvəllüdlü Maxaradze Qeorqiy Davidoviç Dərnəgül qəsəbəsi 320 ünvanının qarşısında qəfil ölüb.

Hadisə yerinə gələn hüquq-mühafizə orqanları ilkin olaraq onun ürək tutmasından dünyasını dəyişdiyini müəyyən edib.

Faktla bağlı araşdırma aparılır.