ABŞ hökuməti Telegram barədə məlumatlar verdi


Digərləri 22 Okt 2019 08:31:00 238 0

ABŞ hökuməti Telegram barədə məlumatlar verdi

ABŞ-ın dəyərli kağızlar və birjalar üzrə komissiyası (SEC) Telegram messencerinin istifadəçi kütləsinin miqyasını qiymətləndirib və Gram kriptovalyutasının ICO təfərrüatlarını ortaya çıxardıb. Bu mövzular barəsində məlumatlar komissiyanın bir müddət bundan öncə qaldırdığı məhkəmə iddiasında əks olunublar. Qeyd etmək lazımdır ki, həmin iddia vasitəsilə komissiya Gram kriptovalyutasının ABŞ-da istifadəyə verilməsinin bir müddətlik qadağan edilməsinə nail olmuşdu.

Son.az technote.az-a istinadən bildirir ki, məhkəmə iddiasının məlumatları barəsində The Bell saytı xəbər verib. Beləliklə SEC-in məhkəmə iddiasında Telegram və onun kriptovalyuta layihəsi barəsində 100-ə yaxın fakt var. Onlardan bəziləri aşağıdakı kimidir:

- SEC-in hesablamalarına əsasən Telegram-ın aylıq istifadəçi kütləsi 300 milyondur. Sonuncu dəfə Telegram öz istifadəçi kütləsi barəsində məlumatı 2018-ci ilin yaz fəslində vermişdi. Həmin vaxtda bu göstərici aylıq 200 milyon istifadəçi idi.

- Telegram-ın TON adlı blockchain platformasına ABŞ-dan minimum 39 investor investisiya yatırıb. Onlar 424.5 milyon dollar dəyərində 1 milyard Gram tokeni alıblar. Daha öncədən məlum idi ki, Durov qardaşları TON layihəsinə 2 raundlu investisiya prosesi çərçivəsində 1.7 milyard dollar vəsait cəlb edə biliblər.

- Gram kriptovalyutasının qaydalarına əsasən investorlar onları əldə edəndən 3, 6, 9, 12 ay sonra 25%-dən çox olmayaraq onları tranşlarla sata bilərlər. Bu üsulla kriptovalyuta yaradıcıları özlərini token qiymətlərinin anidən aşağı enməsindən sığortalayıblar.

(adsgarden = window.adsgarden || []).push({});