ABŞÇin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək


Dünya 22 Okt 2019 07:45:00 267 0

ABŞÇin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək

ABŞ və Çin arasında nazirlik səviyyəsində ticarət məsləhətləşmələrin yeni mərhələsi 25 oktyabrda baş tutacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer deyib.

Ağ Evdə nazirlər kabinetinin iclasında Çin ilə ticarət dialoqunu şərh edən R.Laythayzer bildirib: "Bizim bu səhər nazirlər müavinləri səviyyəsində danışıqlarımız keçirilib. ABŞ Maliyyə Naziri Stiven Mnuçin və mən cümə günü çinli həmkarlarımızla danışıqlar aparacağıq".

Laythayzer ABŞ prezidenti Donald Trampa müraciət edərək və onun 16-17 noyabr Santyaqo şəhərində keçiriləcək Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə getməsini nəzərdə tutaraq əlavə edib: "Bizim məqsədimiz sizin Çiliyə səfər etdiyiniz zaman ticarət razılaşmasının ilk mərhələsinin hazır olmasıdır".