ABŞ-Çin ticarət danışıqlarının yeni mərhələsi 25 oktyabrda keçiriləcək
Digərləri 22 Okt 2019 02:19:06 313 0
ABŞ və Çin arasında nazirlik səviyyəsində ticarət məsləhətləşmələrin yeni mərhələsi 25 oktyabrda baş tutacaq
Bakı.
ABŞ və Çin arasında nazirlik səviyyəsində ticarət məsləhətləşmələrin yeni mərhələsi 25 oktyabrda baş tutacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın ticarət danışıqlarındakı nümayəndəsi Robert Laythayzer deyib.
Ağ Evdə nazirlər kabinetinin iclasında Çin ilə ticarət dialoqunu şərh edən R.Laythayzer bildirib: "Bizim bu səhər nazirlər müavinləri səviyyəsində danışıqlarımız keçirilib. ABŞ Maliyyə Naziri Stiven Mnuçin və mən cümə günü çinli həmkarlarımızla danışıqlar aparacağıq".
(adsgarden = window.adsgarden || []).push({});
Laythayzer ABŞ prezidenti Donald Trampa müraciət edərək və onun 16-17 noyabr Santyaqo şəhərində keçiriləcək Asiya-Sakit Okeanı İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə getməsini nəzərdə tutaraq əlavə edib: "Bizim məqsədimiz sizin Çiliyə səfər etdiyiniz zaman ticarət razılaşmasının ilk mərhələsinin hazır olmasıdır".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Mənbə: az.trend.az