Əsəd qüvvələri Türkiyə ordusunu mühasirəyə aldı


Dünya 21 Okt 2019 20:49:00 239 0

Əsəd qüvvələri Türkiyə ordusunu mühasirəyə aldı

Suriyanın şimal-şərqində Türkiyə ordusunun bir qrup hərbçisi mühasirəyə düşüb. 

Son.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə Suriya parlamentinin deputatı Canset Kazan açıqlama verib.

"Suriya ordusu Ras-əl-Ayn şəhərini mühasirəyə alıblar. Ehtimal var ki, türk ordusunun hissələri də içəridə yerləşib. Lakin bu çox çəkən deyil, onların geri çəkiləcəyini düşünürəm. Türkiyə ordusu tam olaraq hökumət qüvəvləri tərəfindən mühasirədədir. Ona görə biz qorxmuruq"- deyə xanım deputat deyib.

O, Ras-əl-Ayn şəhəri ilə yanaşı, Tel-Abyad şəhərinin də Suriya ordusu tərəfindən azad ediləcəyini ümidini ifadə edib.

Maraqlıdır ki, "Reuters" agentliyi kürdlərin YPG birləşmələrinin çıxmasından sonra Ras-əl-Ayna Türkiyə ordusunun və onun müttəfiqlərinin daxil olduğunu yazır.