Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu?


Digərləri 21 Okt 2019 20:09:00 275 0

Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu?

Yarmarkaya buraxılmayan ballar sonradan öz sahiblərinə qaytarılıb.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, həmin məhsullar yarmarkanın sonunacan anbarlarda saxlanılıb:

"Keyfiyyəti aşağı olan ballar 19 oktyabracan xüsusi ayrılmış anbarlarda qorunub saxlanılıb. Sonuncu gün həmin məhsullar öz sahiblərinə qaytarıldı".

L.Məmmədova qeyd edib ki, yararsız balların saxlanılması ilə bağlı Arıçılar Assosiasiyası ilə müqavilə imzalanmışdı: "Müqaviləyə əsasən düzgün saxlanılmadığı halda həmin balların keyfiyyətinə dəyəcək zərər ASC tərəfindən ödəniləcəkdi".