Nəsiminin Vətəni Şamaxıda 50 minədək ağac əkiləcək (FOTO)


Digərləri 21 Okt 2019 19:30:12 299 0

Nəsiminin Vətəni Şamaxıda 50 minədək ağac əkiləcək (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Şamaxı rayonunda 50 minədək ağac əkiləcək.

Bakı. İlhamə İsabalayeva - Birinci vitse-prezident Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsi təşəbbüsü çərçivəsində Şamaxı rayonunda 50 minədək ağac əkiləcək. Bu barədə Trend-ə Şamaxı Rayon İcra Hakimiyyətindən (RİH) məlumat verilib. RİH-dən bildirilib ki, artıq ağacların əkilməsi üçün yerlər müəyyən edilib. Onların 9 ərazidə əkilməsi nəzərdə tutulur. Kütləvi ağacəkmə tədbirlərinə hazırlıq məqsədilə ağacların əkiləcəyi sahələr hamarlanır, çalalar qazılır. Bununla yanaşı, əkiləcək ağacların suvarılması üçün infrastrukturun qurulması istiqamətində işlər görülür. (adsgarden = window.adsgarden || []).push({}); Kütləvi ağacəkmə tədbirləri çərçivəsində Şamaxıda əsasən, Eldar şamı, bəzi sahələrdə isə sərv-kiparis-sərv ağacının əkilməsi nəzərdə tutulur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin