Mərkəzi Gömrük Hospitalının uşaq cərrahının elmi məqaləsi ABŞ-da nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalında işıqlanıb


Digərləri 21 Okt 2019 16:21:00 294 0

Mərkəzi Gömrük Hospitalının uşaq cərrahının elmi məqaləsi ABŞ-da nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalında işıqlanıb

Mərkəzi Gömrük Hospitalının uşaq cərrahının elmi məqaləsi ABŞ-da nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalında işıqlanıb

Bakı. Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı Vüsal Cəfərovun “Xayanın xayalıqdan kənar yerləşməsi” elmi məqaləsi 12 oktyabr 2019-cu il tarixində “Elsevier” nəşriyyat evinə daxil olan nüfuzlu “Journal of Pediatric Surgery Case Report” jurnalının online versiyasında ingilis dilində işıqlanıb. “Journal of Pediatric Surgery Case Report” uşaq cərrahiyyəsi sahəsində Amerikanın ən qabaqcı jurnalıdır. “Elsevier” dünyanın ən nəhəng nəşriyyat evlərindən biri olaraq 15 milyondan çox oxucunu əhatə edir. 1880-ci ildə Hollandiyanın Amsterdam şəhərində əsası qoyulan bu nəşriyyatın Böyük Britaniyada, ABŞ-da, Braziliyada və digər ölkələrdə filialları fəaliyyət göstərir. Məqalənin tam mətnini jurnalın elektron səhifəsindən izləyə biləcəyiniz linki Sizlərə təqdim edirik: (adsgarden = window.adsgarden || []).push({}); https://www.sciencedirect.com/science/article/pii/S2213576619302192 Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin