Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)


Digərləri 21 Okt 2019 15:29:00 344 0

Azərbaycan və Pakistan arasında idman sahəsində Anlaşma Memorandumu imzalanıb (FOTO)

Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir

Bakı. Pakistan Azərbaycanın idman təcrübəsindən yararlanmaq istəyir. Trend-in məlumatına görə, bu sözləri ölkəmizdə səfərdə olan və bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovla görüşən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Naziri xanım Fehmida Mirza Ni deyib. Azad Rəhimov Pakistanın 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 dövlətdən birincisi olduğunu və hər iki ölkənin illərə sığınan dostluq və qardaşlıq münasibətlərinin daim inkişaf etdiyini diqqətə çatdırdı. Nazir Azad Rəhimov qeyd etdi ki, imzalanacaq Anlaşma Memorandumu iki ölkənin idman sahəsində inkişafına çox böyük dəstək verəcək. Eyni zamanda, qeyd olundu ki, ölkəmizdə səfərdə olduğu müddətdə qonaq Azərbaycan Milli İdman Tibb və Reabilitasiya İnstitutu, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və idman Akademiyası, Milli Gimnastika Arenası, Su idmanı Sarayı və digər idman qurğularında da olmaqla, Azərbaycanın idman infrastrukturu haqda daha geniş məlumat əldə edə biləcək. Gənclər sahəsi haqqında da qonağa məlumat verən Azad Rəhimov, Gənclər və idman nazirliyi tərəfindən uzun müddətdir ki, müxtəlif ölkələrdə gerçəkləşdirilən “Mən Azərbaycan haqqında nə bilirəm?” esse müsabiqəsində Pakistan gənclərinin də aktiv iştirak etdiklərini və qaliblərin dəfələrlə Azərbacyana səfər etdiklərini diqqətə çatdırdı. Azərbaycana qonaqpərvərliyi üçün xüsusi təşəkkürünü bildirən Pakistan İslam Respublikasının Əyalətlərarası Koordinasiya Federal Naziri xanım Fehmida Mirza Ni, Azərbaycanın idman sahəsində çox inkişaf etdiyini və Pakistanın Azərbaycan təcrübəsindən yararlanmaqda xüsusi maraqlı olduğunu dedi. Fehmida Mirza Ni Azərbaycanın 2017-ci ildə IV İslam Həmrəyliyi oyunlarını çox böyük uğurla keçirdiyini və Pakistanın da bu səpkili yarışlara ev sahibliyi etməkdə maraqlı olduğunu söylədi.