"Qatil" maşın: avtomobil özbaşına hərəkət edib sahibini vurub öldürdü


Dünya 21 Okt 2019 09:42:00 267 0

"Qatil" maşın: avtomobil özbaşına hərəkət edib sahibini vurub öldürdü

Uelsin Qlanaman kəndində 66 yaşlı kişi öz maşınının təkərləri altında qalıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Arvin Vord maşını əl əyləcinə qoyub, lakin avtomobil özbaşına hərəkət edib.

Qonşular kişinin fəryadını eşidib xilasetmə xidmətini çağırıblar.

Hadisə yerinə gələn xilasedicilər xüsusi avadanlıq vasitəsi ilə kişini təkərlərin altından çıxarıblar.