Bakıda avtobus qadını vuraraq öldürüb


Digərləri 21 Okt 2019 09:24:21 257 0

Bakıda avtobus qadını vuraraq öldürüb

Bakıda sərnişin avtobusu qadın piyadanı vurub

Bakı. Ceyhun Ələkbərov - Bakıda sərnişin avtobusu qadın piyadanı vurub. Trend-in məlumatına görə, hadisə bu gün səhər Binəqədi rayonunda qeydə alınıb. 67 saylı xətt üzrə hərəkət edən avtobus 1985-ci il təvəllüdlü Əliyeva Kəmaləni vurub. Hadisə yerinə cəlb olunan təcili tibbi yardım briqadası qadını 1 saylı Kliniki Tibbi Mərkəzə çatıdırıb. (adsgarden = window.adsgarden || []).push({}); Məkəzdən Trend-ə verilən məlumata görə, K.Əliyeva bədənin müxtəlif yerlərindən çoxsaylı xəsarətlər alıb və daxili qanaxması olub. Həkimlərin səyinə baxmayaraq, qadın dünyasını dəyişib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin