Bakıda iki avtomobil toqquşub


Digərləri 21 Okt 2019 08:26:00 228 0

Bakıda iki avtomobil toqquşub

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" və "Kia" markalı iki minik avtomobili toqquşub.

FHN-dən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Mercedes" markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.