Çilidə etiraz aksiyaları zamanı 1400dən çox insan saxlanılıb


Dünya 21 Okt 2019 08:12:00 300 0

Çilidə etiraz aksiyaları zamanı 1400dən çox insan saxlanılıb

Son 24 saat ərzində Çilidə iğtişaşlar zamanı 1400-dən çox insan saxlanılıb.

Trend-in məlumatına görə, bu barədə "BioBio" radiostansiyası bildirib.

Məlumata əsasən, paytaxt dairəsində 614 nəfər saxlanılıb. Ölkənin qalan şəhərlərində 848 nəfər saxlanılıb.

İğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb.