Günün qoroskopu: Yeni layihəyə başlayıbsınızsa, çətinliklər istisna deyil.


Digərləri 21 Okt 2019 00:01:00 376 0

Günün qoroskopu: Yeni layihəyə başlayıbsınızsa, çətinliklər istisna deyil.

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir 

Qoç - Enerjili, iradəli, qətiyyətli olun. Məqsədyönlü hərəkət və fəaliyyət üçün uğurlu zamandır. İmkanlarınızı və potensialınızı obyektiv dəyərləndirin. Vədlərə aldanmayın, şirnikləndirici təkliflərə inanmayın. Günün ikinci yarısında yaranacaq problemlərin optimal həll yollarını arayın. Bütün maneələri və sədləri dəf edə biləcəksiniz. Əvvəlcədən planlaşdırdığınızdan da artıq işlər görə bilərsiniz. Fiziki işdə xeyir var. İdmanla məşğul olun. Münasibətlərinizdə spontanlığa ehtiyac duyulur.

Buğa - Hissiyyatınıza inanın. İntuisiyanız əsasında hərəkət edə bilərsiniz.  Kənardan məsləhətlərə çox qulaq asmayın. Onların əksəriyyətinin reallıqla heç bir əlaqəsi yoxdur. Məntiqli və soyuqqanlı olun. Günün ikinci yarısında ideyalarınızdan birini reallaşdırmağa başlayın. Vaxtınızı fövtə verməyin, mənasız işlərlə məşğul olmayın. Yeni əməkdaşlığa başlamaq üçün əlverişli zamandır. Tərəfdaşlarla münasibətlərdə müəyyən nüansları konkretləşdirmək zamanıdır. Axşam saatlarında bütün işləri unudaraq istirahət edin.

Əkizlər - Qarışıq, mürəkkəb gündür. Həllini tələb edən məsələlərin, problemlərin sayı sürətlə artacaq. Uzun müddətdən bəri çözülməmiş qalmış mübahisəli məsələnin nizamlanması ilə məşğul olun. Amma bununla belə, problemlərin miqyasını süni şəkildə böyütməyin. Günün ikinci yarısında maneələrin aradan qaldırılmasında astagəllik etməyin. Dövlət qurumlarına baş çəkməyi təxirə salmayın. Başladığınız işləri yarımçıq qoymayın. Dəyər verdiyiniz insanla münasibətləriniz sınağa çəkiləcək. Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - Tərəfdaş və şəriklərlə münasibətləri təftiş etməyin zamanıdır. Yalnız özünü düşünən insanlardan uzaq durun. Mənafelərinizi başqalarının maraqlarına qurban verməyin. Zərurət yaranarsa, sərt davranın. Günün ikinci yarısında yeni əlaqələr yaradın. Mövcud təmaslar arasında qeyri-effektiv olanları dayandırın. Ballastdan, irəliyə doğru hərəkətinizi əngəlləyən yükdən qurtulun. Ünvanınıza sərt iradların və tənqidlərin səslənəcəyinə hazır olun.  Axşam saatları romantik anlar vəd etmir. Hisslərin etirafına tələsməyin. 

Şir - Sayıq və ehtiyatlı olun. Yaranan çətinlikləri araşdırmamış həllə başlamayın. Yaşananların aydın mənzərəsinə nail olmaq üçün biliklərinizdən faydalanın. Obyektiv olun, hisslərə qapılmayın. Günün ikinci yarısında hadisələrin mahiyyətini anlayın. Yeni tərəfdaş və ya dost qazana bilərsiniz.  Dəyər verdiyiniz insanlarla təmaslarda eqoistlik etməyin. Səmimiyyət bir çox problemləri aradan qaldıra bilər. Axşam saatlarında ailəvi istirahəti seçin.

Qız - Qüvvənizə əmin olun, şübhələrə qapılmayın. Ən ağır işin öhdəsindən asanlıqla gələ bilərsiniz. Məqsədlərə çatmaq üçün effektiv fəaliyyətə ehtiyac duyulur. Maraqlı sifariş və ya tapşırıq olarsa, cari işləri unutmayın. Rutinlikdən qaçmaq mümkün deyil. Günün ikinci yarısında çalışdığınız kollektivdə zəhmətkeş, səmimi insan olun. Mübahisələrə qatılmayın, əlavə münaqişələr yaratmayıvn. Gündəlik qayğıların həllində qeyri-ordinar həllərdən yararlana bilərsiniz.  Qarşı tərəfin ideyalarına və istəklərinə daha çox vaxt ayırın.

Tərəzi - Çevik, mütəhərrik olun. Praqmatizmi unutmayın, emosiyalara uymayın. Ciddi irəliləyişə nail olmaq istəyirsinizsə, zəhmət çəkməli, problemləri həll etməlisiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün imkanlarınızdan maksimum yararlanın. Günün ikinci yarısında həmkarlarınız sizdən yardım və ya məsləhət istəyəcəklər. Əla bələd olduğunuz sahədə ekspert kimi çıxış edə bilərsiniz. Nəzəriyyəyə aludə olsanız, sizi dinləməyəcəklər. Spontan, aqressiv davranmayın. Eqoist insan təsiri bağışlamayın.

(adsgarden = window.adsgarden || []).push({});