Barselonanın mərkəzində etiraz aksiyası başlayıb


Dünya 20 Okt 2019 22:49:00 340 0

Barselonanın mərkəzində etiraz aksiyası başlayıb

Bu gün axşam minlərlə insan növbəti etiraz aksiyası üçün Barselona mərkəzinin yaxınlığında toplanıb.

Son.az Trend-ə istinadən bildirir ki, polis kordonu ilə etirazçı kütlə arasında metal hasar quraşdırılıb.

İnsanlar əllərində zibil ilə dolu plastik torbaları hasarın üstündən atmaq üçün gəzdirirlər.

Hal-hazırda mitinq nisbətən sakit bir şəraitdə keçir, izdiham siyasi məhbusların sərbəst buraxılmasına çağırışlar edir.