Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib


Dünya 20 Okt 2019 19:40:00 333 0

Kongoda 24 nəfər avtobusun qəzaya uğraması nəticəsində həyatını itirib

Konqoda ölkənin qərbindəki Mbansa-Ngungu şəhəri yaxınlığındakı avtobus qəzasında ən az 24 nəfər adam ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, avtobus dağdan enərkən aşıb.

Qeyd edək ki, avtobusda mallarını daşıyan 100-ə yaxın alverçi varıydı, onlardan ən azı 24-ü ölüb. Avtomobil qəzasının dəqiq səbəbi hələ bilinmir, lakin şahidlər bunun əyləc sistemindəki nasazlıq səbəbiylə baş verə biləcəyini söyləyirlər.

Qurbanların dəqiq sayı barədə məlumat verilmir.