Əli Əhmədov: Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir


Digərləri 20 Okt 2019 15:39:00 49 0

Əli Əhmədov: Radikal müxalifətin anti-konstitusion çağırışları açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir

Oktyabr ayının 19-da Bakıda qeyri-qanuni küçə yürüşü keçirmək, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışları destruktiv qrupların fəaliyyətinin açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov deyib

Bakı. Elçin Mehdiyev – Oktyabr ayının 19-da Bakıda qeyri-qanuni küçə yürüşü keçirmək, asayişi pozmaq, qarşıdurma yaratmaq cəhdləri və sosial şəbəkələr üzərindən anti-konstitusion çağırışları destruktiv qrupların fəaliyyətinin açıq təxribatlar törətmək müstəvisinə keçməsindən xəbər verir. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov bildirib ki, küçə yürüşünün icazəsiz və adətən insanların gur olduğu yerlərdə keçirilməsi məqsədli şəkildə insanların rahatlığını pozmaq, onlarda narazılıq yaratmaq və bu zəmində ictimai sabitliyin üzərində kölgə salmaq niyyəti güdür: “Diqqəti çəkən həm də odur ki, bütün bu qanunsuz hərəkətlər Prezident İlham Əliyevin Soçidə Valday beynəlxalq diskussiya klubunda və Aşqabadda MDB dövlət və hökumət başçılarının növbəti toplantısında Qarabağ münaqişəsilə bağlı insanlarda böyük ruh yüksəkliyi yaratmış çıxışlarından, habelə cari ilin 9 ayının yekunlarına həsr edilmiş müşavirədə daxili siyasətlə əlaqədar səsləndirdiyi ədalətli və sərt bəyanatlarından az sonraya təsadüf edir. Yəqin ki, Azərbaycanın inkişafını gözü götürməyənlər, xalqın ruh yüksəkliyinin artmasından xafa düşən xarici dairələr və daxildəki destruktiv qruplar birbaşa təxribat törətmək qərarına gəliblər”. Ə.Əhmədov bildirib ki, razılaşdırılmamış, deməli icazəsiz küçə yürüşləri, vətəndaş itaətsizliyinə çağırışlar aksiyaların təşkilatçısı olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının qanun müstəvisindən məqsədyönlü şəkildə kənara çıxdığını sübuta yetirir. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda maraqlı dairələrin sifarişi ilə sabitliyi pozmaq, xaos yaratmaq niyyəti aydın görünür: “Destruktivlərə və onların açıq və gizli havadarlarına çirkin niyyətlərini həyata keçirməyə, ölkənin 1990-cı illərin əvvəllərində yaşadığımız müsibətləri yenidən yaşamasına imkan verilə bilməz və verilməməlidir. Dövlət və onun müvafiq orqanları ölkədəki sabitliyi qorumağa qadirdir və ötən gün onu bir daha əyani şəkildə nümayiş etdirdi. İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək. Eyni zamanda onu da aydın şəkildə müşahidə etdik ki, xalq destruktivləri və onların yerinə yetirmək istədikləri çirkin sifarişləri qətiyyətlə pisləyir. İnsanlarımız ölkəmizdəki inkişafı və rahat həyatı yüksək qiymətləndirir. İndi hamının Prezident İlham Əliyevin ətrafında əvvəlkindən daha sıx birləşməsi zamanıdır. Təxribata və təxribatçılara ən tutarlı cavab bu ola bilər. Bütün vətəndaşları qətiyyətli olmağa, dövlətimizi və rahat həyatımızın keşiyində möhkəm dayanmağa səsləyirəm. Gəlin birlikdə Azərbaycanı qoruyaq!” Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq like
  • 20 Okt 15:29  
Kriminal Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Oktyabrın 20-də Heydər Əliyev Mərkəzinin parkında Azərbaycan estrada uld

arrow Ətraflı
Dronlar bu işə də yarayırmış like
  • 20 Okt 15:26  
Digərləri Dronlar bu işə də yarayırmış

22 min nəfərdən çox əhalisi olan Kristisburq şəhərin Virciniya ştatınd

arrow Ətraflı
Putin Merkellə danışdı like
  • 20 Okt 15:19  
Dünya Putin Merkellə danışdı

Almaniya Kansleri Angela Merkel və Rusiya prezidenti Vladimir Putin arasında t

arrow Ətraflı
Toya gedənlər qəzaya düşdü like
  • 20 Okt 15:12  
Digərləri Toya gedənlər qəzaya düşdü

Toy məclisinə gedənlər Yevlaxda qəzaya düşüb.

arrow Ətraflı
“Vorovski”,  “Xutor”, “İzlivnoy”...  Bakının qəribə KÜÇƏ adları like
  • 20 Okt 15:05  
Digərləri “Vorovski”, “Xutor”, “İzlivnoy”... Bakının qəribə KÜÇƏ adları

"Bakıda qəribə küçə adları var. Bəzilərində Sovet adları qalmaqd

arrow Ətraflı
Zehni fəaliyyət, ömrün uzunluğuna mənfi təsir göstərirmiş like
  • 20 Okt 14:58  
Digərləri Zehni fəaliyyət, ömrün uzunluğuna mənfi təsir göstərirmiş

Zehni fəaliyyət, ömrün uzunluğuna mənfi təsir göstərir. 

arrow Ətraflı
Hələb şəhərində bir neçə partlayış baş verib like
  • 20 Okt 14:54  
Digərləri Hələb şəhərində bir neçə partlayış baş verib

Bazar günü Hələbin şərqində bir neçə partlayış baş verib

arrow Ətraflı
Həddən artıq arıq olan, kökəlmək istəyənlər nə etsin? like
  • 20 Okt 14:44  
Digərləri Həddən artıq arıq olan, kökəlmək istəyənlər nə etsin?

Ötən il Azərbaycanda 678 uşaqda ilk dəfə piylənmə aşkar edilib. Qeyd ed

arrow Ətraflı
Əzəməti ilə görənləri heyran edən bina: like
  • 20 Okt 14:30  
Digərləri Əzəməti ilə görənləri heyran edən bina:

Tərtər rayonunun Zolgərən kəndindəki geniş, yaraşıqlı, qədim tarixi o

arrow Ətraflı
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi like
  • 20 Okt 14:23  
Siyasət YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi

Yeni Azərbaycan Partiyası radikal müxalifətin qanunsuz mitinqi iıə bağlı

arrow Ətraflı
Məşhur müğənninin qızını huşsuz hala gətirib evini soydular like
  • 20 Okt 14:16  
Dünya Məşhur müğənninin qızını huşsuz hala gətirib evini soydular

Türkiyənin məşhur müğənnisi Hakkı Buludun qızını speylə boğaraq evi

arrow Ətraflı
YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi like
  • 20 Okt 14:16  
Digərləri YAP radikal müxalifətin qanunsuz aksiyası ilə bağlı bəyanat verdi

Yeni Azərbaycan Partiyası radikal müxalifətin qanunsuz mitinqi iıə bağlı

arrow Ətraflı
Goranboyda 46 yaşlı kişini ilan sancıb like
  • 20 Okt 14:09  
Digərləri Goranboyda 46 yaşlı kişini ilan sancıb

Goranboyda 46 yaşlı kişini ilan sancıb.

arrow Ətraflı
Canlı və gözəl saçlara sahib olmaq heç də çətin deyil like
  • 20 Okt 14:02  
Digərləri Canlı və gözəl saçlara sahib olmaq heç də çətin deyil

Hər bir qadının ən böyük arzusundan biri də canlı, cazibədar saçlara s

arrow Ətraflı