Toya gedənlər qəzaya düşdü


Digərləri 20 Okt 2019 15:12:00 309 0

Toya gedənlər qəzaya düşdü

Toy məclisinə gedənlər Yevlaxda qəzaya düşüb.

Son.az "Qafqazinfo"ya istinadən bildirir ki, hadisə Xaldan-Mingəçevir yolunun Hacıselli kəndindən keçən hissəsində baş verib.

"VAZ" markalı minik maşını ilə mikroavtobusun toqquşması zamanı avtomobillərə ziyan dəyib. Sərnişinlərdən bir neçəsi isə həyacan keçirib və yüngül xəsarət alıblar. Məlumata görə, mikroavtobus sərnişinləri toy məclisinə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.

Son.az