Polşa BMTnin İnsan Haqları Şurasına üzv seçilib


Dünya 20 Okt 2019 11:42:00 268 0

Polşa BMTnin İnsan Haqları Şurasına üzv seçilib

Polşa BMT-nin İnsan Haqları Şurasına (UNHRC) üzv seçilib. Ölkə bu vəzifəni 2020-ci il yanvarın 1-dən etibarən iki il müddətinə davam etdirəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Polşa prezidenti katibliyinin rəhbəri Kşiştof Şçerski Twitter səhifəsində ölkəsinin UNHRC-yə üzv seçilməsini beynəlxalq uğur kimi dəyərləndirib.

BMT-nin İnsan Haqları Şurası 47 dövlətin təmsil olunduğu beynəlxalq qurumdur və dünyada insan hüquqlarının təşviqi və qorunması üçün məsuliyyət daşıyır.