Bu ölkədə iğtişaşlar zamanı supermarket yandırılıb:


Dünya 20 Okt 2019 10:53:00 252 0

Bu ölkədə iğtişaşlar zamanı supermarket yandırılıb:

Çilidə iğtişaşlar zamanı talana məruz qalan supermarketdə yanğın zamanı 3 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə paytaxt Santyaqoda baş verib.

Santyaqo meri Karla Rubilar bildirib ki, supermarketdə yanğın zamanı 2 nəfər ölüb, ağır xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Çilidə metroda gediş haqlarının artırılmasına etiraz olaraq keçirilən aksiyalarla əlaqədar hakimiyyət gecə saat 22.00-dan səhər saat 07.00-a qədər bir sıra vilayətlərdə komendant saatı elan edib.